CƏMİYYƏT


Zaqatala rayonunda zəlzələ olub YENİLƏNİB

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Zaqatala stansiyasından 18 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 4.9 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:35-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.