REGİONLAR


Zaqatala sakinləri koronavirusla mübarizə aparan həkimlərə dəstəklərini nümayiş etdiriblər

Zaqatala, 7 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Bu çətin günlərdə, dünyanı ağuşuna alan koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə səhiyyə işçiləri şücaət göstərərək, xalqımızın sağlamlığının keşiyində durur, pandemiya ilə mübarizədə həyatlarını risqə ataraq böyük fədakarlıqla öz vəzifə borclarını yerinə yetirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 6-da axşam saatlarında Zaqatala rayonunda günümüzün qəhrəmanları olan həkimlərə dəstək aksiysı keçirilib. Zaqatala şəhərinin sakinləri axşam saat 20:30-da yaşadıqları evlərin, çoxmənzilli yaşayış binalarının eyvanlarına çıxaraq, pandemiya ilə mübarizə aparan həkim və tibb işçilərini alqışlayıb, onlara təşəkkürünü bildirib, həmrəylik nümayiş etdiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.