REGİONLAR


Zaqatala şəhərində Tala çayı üzərindəki körpü genişləndirilir

Zaqatala, 13 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala şəhərinin ərazisindən axan Tala çayının üzərində ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğunda körpünün hərəkət hissəsinin genişləndirilməsi məqsədilə “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.

AZƏRTAC xəbər verir ki, tikinti işləri Azərbaycan Prezidentinin 2017-ci il avqustun 11-də imzaladığı “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində yerinə yetirilir.

Layihəyə uyğun olaraq, körpünün eni hər iki yan tərəfə 1,5 metr genişləndirilərək, hazırkı 9,5 metrdən 12,5 metrə çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.