CƏMİYYƏT
Zaqatala və Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
Bakı, 20 noyabr, AZƏRTAC
Zaqatala və Ağsu rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Maqov kəndi ərazisində şəhər sakini T.Qurbanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abaylı kənd sakini Zaur Kostiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Ağsu rayonu ərazisindəki Ağsu aşırımında isə Sumqayıt şəhər sakini R.Abdullayevin idarə etdiyi “İsuzu” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişini - Abşeron rayon sakini Tahir Rüstəmov xəstəxanaya yerləşdirilib. T.Rüstəmov adlı şəxs xəstəxanada ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]