İDMAN


Zaqatala və Mingəçevirdə 12 yaşlı qız futbolçular arasında “Bahar turniri” keçirilib

Bakı, 23 may, AZƏRTAC

AFFA-nın təşkilatçılığı ilə Zaqatala və Mingəçevirdə 12 yaşlı qız futbolçular arasında "Bahar turniri" keçirilib.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Zaqatala Olimpiya İdman Kompleksinin meydançasında keçirilən turnirdə UGİM (İsmayıllı) komandası turnirin qalibi olub. İlk üçlükdə UGİM (Qax) və “Babadağ” (İsmayıllı) komandaları yer alıblar.

UGİM (Qax) komandasının üzvü Nuray Muradlı 11 qolla turnirin ən məhsuldar oyunçusu, “Nuxa” (Şəki) komandasından Xədicə Baxşəliyeva ən yaxşı oyunçu, UGİM (Qax) komandasının qapıçısı Humay Şirinova isə turnirin ən yaxşı qapıçısı seçilib.

Mingəçevir şəhər stadionunda keçirilən turnirdə isə “Mingəçevir” komandası turnirin qalibi adını qazanıb. “Azəri” TİM (Gəncə) yarışı ikinci, “Qazax Gənclər” komandası isə üçüncü pillədə başa vurublar.

“Mingəçevir” komandasının üzvü Şəhanə Mirzəliyeva 12 qolla turnirin ən məhsuldar oyunçusu, “Azəri” TİM komandasından Pəri Nəzərli ən yaxşı oyunçu, “Qazax Gənclər” komandasının qapıçısı Ləman Nəsibli isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb.

Mükafatları AFFA-nın Kütləvi futbol departamentinin rəisi Fərrux İsmayılov, Qadın futbolu departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov və U-15 milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.