REGİONLAR


Zaqatalada 11 min hektar payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Zaqatala, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb. İlk günlər rayonun Muğanlı, Faldarlı, Dağlı, Bəhmətli və digər kəndlərinin təsərrüfatlarında 242 hektar sahəyə arpa və buğda səpilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.

Payızlıqların səpini üçün 3 min 667 ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. İndiyədək təsərrüfatlarda 6 min 72 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Taxıl səpininə 260 ədəd traktor, 122 kotan, 36 taxılsəpən aqreqat və digər texnika cəlb olunub.

Qeyd edək ki, ötən mövsüm zaqatalalı fermerlər 10 min 933 hektar taxıl sahəsindən 35 min 610 ton məhsul əldə ediblər. Cari mövsümdə gələn ilin məhsulu üçün 11 min hektar payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.