REGİONLAR


Zaqatalada 150 nəfərədək könüllü qan verib

Zaqatala, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq iyulun 17-də Zaqatalada təşkil edilən növbəti qanvermə aksiyasında 150-dək könüllü qan verib.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.

Aksiyada rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, müəssisə və təşkilatların nümayəndələri, həmçinin mərkəzi xəstəxananın həkim və tibb işçiləri fəallıq göstəriblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.