REGİONLAR


Zaqatalada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Zaqatala, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz bir il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü Zaqatala rayonunda xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.

Yanvarın 20-də rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Zaqatala şəhərindəki Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, abidənin önünə qərənfillər düzüblər. Daha sonra rayon ictimaiyyətinin nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildirib, müqəddəs ruhları qarşısında baş əyiblər.

Saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məscidlərdə şəhidlərin ruhuna dualar oxunub.

20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar şimal-qərb bölgəsinə daxil olan digər rayonlarda da şəhidlərin xatirəsi ehtiramla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.