CƏMİYYƏT


Zaqatalada 22 baş qoyun oğurlayan şəxslər saxlanılıblar

Bakı, 15 fevral, AZƏRTAC

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kəbəloba kənd sakini Şaban Carayev ona məxsus torpaq sahəsindən ümumi dəyəri 4 min manata yaxın olan 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qoyunları oğurlayan şəxslərin Zaqatala rayon sakinləri Natiq və Sərxan Ramazanovlar olduqları müəyyənləşdirilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Həmin şəxslərin oğurladıqları heyvanlar sahibinə geri qaytarılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb. Saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.