CƏMİYYƏT
Zaqatalada 9 ağacın kəsilməsi nəticəsində təbiətə 28 min manatdan çox ziyan dəyib
Bakı, 27 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Zaqatala rayonunun Çüdülü Binə massivində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin AZƏRTAC-a bildirib ki, həmin əraziyə keçirilən baxış zamanı 9 ağacın kəsildiyi və təbiətə 28 min 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Araşdırma zamanı ağacların Zaqatala rayonu Paşan kənd sakini Bazov Bazayev tərəfindən kəsildiyi məlum olub və faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]