REGİONLAR


Zaqatalada “Şuşa İli” çərçivəsində rəsm sərgisi açılıb

Zaqatala, 2 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala şəhərindəki Dədə Qorqud Meydanında “Şuşa İli” çərçivəsində “Vətən ürəyi Şuşa gənc rəssamların gözü ilə” adlı rəsm sərgisi açılıb. Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Zaqatala Dövlət Rəsm Qalereyasının birgə təşkil etdikləri sərgidə kitabxananın oxucularının və qalereyanın rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub, eyni zamanda, Qarabağ mövzusuna aid kitablar sərgilənib.

Zaqatala rayon MKS-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərginin keçirilməsində məqsəd istedadlı uşaqları aşkara çıxarmaq və onları yeni əsərlər yaratmağa həvəsləndirməkdir.

Sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.