REGİONLAR


Zaqatalada Ulu Öndərə həsr olunan şeir və mahnı müsabiqəsinin qalibləri müəyyənləşib

Zaqatala, 13 may, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalada ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Müasir Azərbaycanın banisi” adlı şeir və mahnı müsabiqəsinin qalibləri müəyyənləşib. Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun mərhələsində rayonun 33 ümumtəhsil məktəbini təmsil edən 93 iştirakçı qalib adı uğrunda yarışıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Mərkəzin direktoru Famil Rəhimov məlumat verib.

İştirakçıların çıxışı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticələrə əsasən, şeir müsabiqəsində müxtəlif yaş qrupları üzrə rayon Humanitar Fənlər Gimnaziyası, şəhər 1 saylı və Faldar kənd tam orta məktəblərin şagirdləri Pərizat İsayeva, Məhəmməd Qaziyev və Ləman Kərimova birinci yerə layiq görülüblər.

Mahnı müsabiqəsində isə akademik Zərifə Əliyeva adına liseyin şagirdi Aytac Quliyeva, Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin şagirdləri Məcid Ramazanlı və Elton Balayev qalib adını qazanıblar.

Müsabiqənin qalibləri, həmçinin ikinci və üçüncü yerlərin sahibləri və fərqlənən iştirakçılar yaxın günlərdə təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.