REGİONLAR
Zaqatalada Ulu Öndərin doğum gününə həsr olunmuş gül və ağacəkmə aksiyaları keçirilib
Zaqatala, 9 may, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 9-da Zaqatala şəhərində gül və ağacəkmə aksiyaları keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya zamanı şəhərin park və xiyabanlarında, küçələrin, avtomobil yollarının kənarında 2 minədək müxtəlif növ ağac əkilib, yeni əkilən tinglərə qulluq olunub, ərazidə təmizlik işləri aparılıb
Eyni zamanda, aksiya çərçivəsində Zaqatala şəhərində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında, Heydər Əliyev Mərkəzinin həyətində, parklarda, xiyabanlarda çoxlu sayda bəzək və gül kolları əkilib. Əvvəl əkilən güllərə, həmçinin yaşıllıqlara qulluq olunub.
Gül və ağacəkmə aksiyalarında rayon rəhbərliyi, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sakinlər iştirak ediblər.