REGİONLAR


Zaqatalada arpa biçininə start verilib

Zaqatala, 6 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Cari mövsümdə Zaqatala rayonunda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 508 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 320 hektar artıb. Rayonun Bəhmətli kəndinin ərazisindəki taxıl sahələrində artıq arpa biçininə başlanılıb. Kampaniyanın ilk günündə 20 hektaradək sahənin arpası biçilib, 50 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 25 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, rayon üzrə biçin kampaniyasına 26 ədəd taxılbiçən kombayn, həmçinin digər texnikalar cəlb edilib. Biçin dövründə ehtiyac yaranarsa, ətraf rayonlardan əlavə olaraq 10-12 kombayn da gətiriləcək.

Xatırladaq ki, zaqatalalı fermerlər ötənilki mövsümdə 11 min hektar taxıl sahəsindən 33 min 169 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 30,2 sentner məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.