CƏMİYYƏT


Zaqatalada baş verən zəlzələdən sonra 75 afterşok qeydə alınıb

Bakı, 6 iyun, AZƏRTAC

Zaqatalada baş verən zəlzələdən sonra maqnitudası zəif olan xırda təkanlar davam etməkdədir. Hazırda 75 afterşok qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, iyunun 5-də saat 22:40:27-də Zaqatala stansiyasından 16 kilometr cənubda, Zaqatala ərazisində zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə olan yeraltı təkanlar episentrdə 6, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.