REGİONLAR
Zaqatalada bu günədək vətəndaşlara 127 min dozadan çox vaksin vurulub
Zaqatala, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında, həmçinin səyyar həkim briqadaları tərəfindən kənd həkim məntəqələrində həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 127 min 782 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 59 min 145 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 54 min 463 nəfərdir. Bundan əlavə, Zaqatalada bu günədək 13 min 617 nəfərə “buster”, 557 nəfərə isə dördüncü doza vaksin vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]