REGİONLAR


Zaqatalada bu günədək vətəndaşlara 30 min dozadan çox vaksin vurulub

Zaqatala, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 30 min 481 doza vaksin vurulub.

Vaksinasiyanın keçirilməsi üzrə rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 18 min 419 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 12 min 62 nəfərdir. Yaş qrupları üzrə bu günədək Zaqatala rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 5 min 197 doza, 50-65 yaş arasında vətəndaşlara 14 min 185 doza, 50 yaşadək vətəndaşlara isə 11 min 99 doza vaksin vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.