REGİONLAR


Zaqatalada əlillər qayğı ilə əhatə olunublar

Zaqatala, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda əlillər, sağlamlıq imkanı məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Əlil insanların sosial müdafiəsinin gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, müvafiq dövlət proqramları icra olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 3-də Zaqatalada keçirilən tədbirdə səsləndirilib.

Əlillərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsini icra edən Turan Əsədov və rayon icra hakimiyyətinin məsul nümayəndələri çıxış edərək, ölkəmizdə sağlamlığını itirmiş əlil şəxslərə göstərilən dövlət qayğısından söhbət açıb, rayonda əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Vurğulanıb ki, əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bildirilib ki, hazırda rayonda 8797 nəfər əlil və 901 nəfər sağlamlıq imkanı məhdud uşaq yaşayır. Onların hər biri dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. Əlillərin reabilitasiya, pulsuz istirahət, mənzil və nəqliyyat vasitələri ilə təminatı uğurla həyata keçirilir, pensiya və müavinətləri hər il artırılır.

Tədbirdə çıxış edən əlillər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bayram süfrəsi ətrafında davam edən tədbirin sonunda bir qrup əlilə ərzaq yardımı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.