CƏMİYYƏT


Zaqatalada evin həyətindən mənşəyi məlum olmayan 84 kiloqram ət aşkarlanıb

Bakı, 10 yanvar, AZƏRTAC

Polis orqanları əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir yanvarın 9-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Zaqatala şəhərində keçirilib.

Şəhərdə yaşayan Knyaz Hüseynovun evinin həyətinə baxış zamanı oradan mənşəyi məlum olmayan 84 kiloqram ət aşkarlanıb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.