CƏMİYYƏT
Zaqatalada evlərdən oğurluq edən şəxs saxlanılıb
Bakı, 28 dekabr, AZƏRTAC
Zaqatala rayon sakini dekabrın 27-də polis şöbəsinə müraciət edərək evindən 139 manat pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxsin rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmmədov olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib. Aparılan araşdırmalarla onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, Ə.Məmmədovun dekabrın 6-da başqa bir evdən də 400 manat pul oğurladığı müəyyənləşib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]