REGİONLAR
Zaqatalada gənclər üçün təcrübə proqramına start verilib
Zaqatala, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Zaqatala nümayəndəliyində “Gənc kadr-3” təcrübə proqramına start verilib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təcrübə proqramına müraciət edən gənclər üçün əvvəlcə müsahibə mərhələsi keçirilib. Bu mərhələdən uğurla keçən namizədlər “İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili”, “Tədbirlər və layihələr işinin təşkili”, “Təlim-tədris işinin təşkili” və “Könüllülərlə işin təşkili” istiqamətləri üzrə 3 aylıq təcrübə proqramına cəlb olunublar.
Gənclərə seçdikləri istiqamətlər üzrə mütəxəssislər tərəfindən bilik və bacarıqlar öyrədilir, gənclərlə işin təşkili prosesi haqqında məlumat verilir.
Nümayəndəlikdən bildirilib ki, 3 aylıq təcrübə proqramının sonunda imtahan təşkil olunacaq və proqramı uğurla tamamlayan gənclər sertifikatla təltif ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]