CƏMİYYƏT


Zaqatalada iki tondan çox çətənə kolu məhv edilib

Bakı, 20 may, AZƏRTAC

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Suvagil kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 360 qram olan 9976 çətənə kolu aşkarlanaraq məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.