REGİONLAR


Zaqatalada indiyədək vətəndaşlara 139 min dozadan çox vaksin vurulub

Zaqatala, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında, həmçinin səyyar həkim briqadaları tərəfindən qəsəbə və kəndlərdə 8 mərkəzdə həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 139 min 131 doza vaksin vurulub.

Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 59 min 979 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 55 min 840 nəfərdir. Bundan əlavə, Zaqatalada bu günədək 22 min 703 nəfərə “buster”, 609 nəfərə isə dördüncü doza vaksin vurulub.

Yaş qrupları üzrə indiyədək Zaqatala rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 14 min 873 doza, 50-65 yaş arasında vətəndaşlara 46 min 449 doza, 18-50 yaş arasında vətəndaşlara isə 77 min 809 doza vaksin vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.