REGİONLAR


Zaqatalada indiyədək vətəndaşlara 95 min dozadan çox vaksin vurulub

Zaqatala, 17 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 95 min 605 doza vaksin vurulub.

Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 53 min 297 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 42 min 174 nəfər, üçüncü doza peyvənd vurulanların sayı isə 134 nəfərdir.

Yaş qrupları üzrə bu günədək Zaqatala rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 10 min 213 doza, 50-65 yaş arasında vətəndaşlara 32 min 3 doza, 50 yaşadək vətəndaşlara isə 53 min 389 doza vaksin vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.