CƏMİYYƏT


Zaqatalada keçirilən tədbirdə dövlətin dindarlara və dini icmalara qayğısından bəhs edilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” adlı maarifləndirmə tədbiri keçirilib.

DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komandiri Rövşən Cəbrayılov, hərbi hissənin zabit, gizir, çavuş və əsgər heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rövşən Cəbrayılov tədbirin aktuallığını qeyd edərək əhəmiyyətini vurğulayıb, gənclərin layiqli vətəndaş, şəxsiyyət və vətənpərvər olaraq formalaşmasında xalqımızın milli-mənəvi dəyərlərinin böyük rolu olduğunu bildirib.

İlqar Vəliyev çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, Azərbaycanda mövcud olan dini vəziyyət barədə məlumat verib, dini azadlıqlardan danışıb, dövlət tərəfindən dindarlara və dini icmalara göstərilən diqqət və qayğıdan bəhs edib. Azərbaycan multikulturalizminin bir çox dünya ölkələrinə parlaq nümunə olduğunu vurğulayıb. Ölkəmizdə multikultural və yüksək tolerantlıq dəyərlərə xələl gətirə biləcək amillərə toxunub, yad dini təriqətlərin, dini xurafatın və mövhumatın, dini fanatizmin və dini radikalizmin törətdiyi fəsadlardan danışıb.

Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.