REGİONLAR


Zaqatalada keçmiş məhkumdan tiryək götürülüb

Zaqatala, 17 mart, AZƏRTAC

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş Feyruz Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, F.Hüseynovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.