MƏDƏNİYYƏT


Zaqatalada kino mövsümünün açılışı olub

Bakı, 20 sentyabr, AZƏRTAC

Zaqatala rayon Heydər Əliyev Mərkəzində kino mövsümünün açılış günü ilə əlaqədar tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Zaqatala rayonu üzrə baş məsləhətçisi Zümrüd Ağakişiyeva, rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək Azərbaycan kino sənətinin zəngin tarixindən, xalqımızın mədəni-mənəvi həyatında oynadığı mühüm roldan bəhs ediblər.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir “Buta” filminin nümayişi ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.