CƏMİYYƏT


Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub

Bakı, 29 iyun, AZƏRTAC 

Zaqatala Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, dövlət yol polisinin stasionar postunda taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə “Saxla!” əmri verilib. Həmin avtomobildə sərnişin qismində əyləşən Gəncə şəhər sakini Rüstəm Məmmədovun narkotik vasitə istifadə etməsinə və üzərində daşımasına dair əsaslı şübhələr müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən R.Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.

R.Məmmədovun üzərində axtarış aparılan zaman ona məxsus çantadan 3,5 kiloqram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.