REGİONLAR
Zaqatalada nömrəsiz avtomobil idarə edənlər inzibati məsuliyyətə cəlb olunublar
Zaqatala, 11 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı üzərində dövlət nömrə nişanı olmadan hərəkətdə olan nəqliyyat vasitələri saxlanılıb. Törətdikləri qayda pozuntularına görə məsuliyyətdən yayınmağa çalışan həmin sürücülərlə profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Barələrində müvafiq tədbirlər görülməklə inzibati məsuliyyətə cəlb olunublar.