REGİONLAR


Zaqatalada şəhid Alim Məhəmmədovun xatirəsi anılıb

Zaqatala, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala rayonunun Fındıqlı kəndindən olan Alim Məhəmmədovdur. Oktyabrın 28-i şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub. O, 1919-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Alim Məhəmmədov Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 27-də şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.