REGİONLAR


Zaqatalada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib

Zaqatala, 31 iyul, Mustafa Dadaşov, AZƏRTAC

TƏBİB-in tövsiyəsi əsasında akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən iyulun 30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsinin qaziləri üçün tibbi aksiya keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məcid Əliyev məlumat verib.

Bildirilib ki, aksiya zamanı qeyd edilən həssas kateqoriyalardan olan 100-dək vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə təyin olunub. Eyni zamanda, xəstəliklərin müalicəsi üçün təyin edilən dərmanlar onlara pulsuz olaraq çatdırılıb.

Vətəndaşlar onlara göstərilən tibbi xidmətdən məmnunluğunu ifadə edib, aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.