REGİONLAR
Zaqatalada şəhid ailəsinə yeni ev verilib
Zaqatala, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin əvvəllərində qoşunların təmas xəttində erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən şücaət göstərərək şəhid olan Zaqatala rayon sakini Rəvan Nurayevin doğulduğu Muxax kəndində onun ailəsinə yeni ev təhvil verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, şəhidin ailə üzvlərinin yaşadığı əvvəlki ev yaşayış üçün yararsız vəziyyətdə olub. İcra hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına inşa edilən 3 otaqlı fərdi evin ümumi sahəsi 86 kvadratmetrdir. Otaqlar zəruri avadanlıqla təchiz edilib.
Şəhidin anası Havva Nəbiyeva göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Bundan əlavə, hazırda rayonun Uzunqazmalar kəndində birinci qrup əlil Könül Quliyeva üçün daxili imkanlar hesabına ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı evin tikintisinə də başlanılıb.