REGİONLAR


Zaqatalada taxıl əkini sahələri 43 hektar artıb

Zaqatala, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında payızlıq dənlilərin səpini başa çatıb. Kampaniya dövründə fermerlər 10 min 976 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 7 min 616 hektarını buğda, 3 min 360 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 43 hektar artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, kampaniya dövründə taxıl səpininə 260 ədəd traktor, 122 kotan, 36 taxılsəpən aqreqat və digər texnika cəlb olunub. Səpin zamanı 3,7 min tona yaxın yüksək reproduksiyalı toxumdan istifadə edilib.

Qeyd edək ki, zaqatalalı fermerlər builki mövsümdə 10 min 933 hektar taxıl sahəsindən 35 min 610 ton məhsul götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.