REGİONLAR


Zaqatalalı arıçılara 210 min manatadək subsidiya ödənilib

Daha 8 min arı ailəsi üçün də sənədlər hazırlanır

Zaqatala, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalalı arıçılara 210 min manatadək subsidiya ödənilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Rasul Razaqov məlumat verib. Qurum rəsmisi bildirib ki, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, Zaqatala rayonu üzrə 1190 arıçının təsərrüfatındakı 29 min arı ailəsi qeydiyyata alınıb. Birinci mərhələdə 816 arıçının təsərrüfatlarında olan 20 min 974 arı ailəsi identifikasiya kodu ilə təmin edilib. Sənədlər Respublika Komissiyasında baxıldıqdan sonra onlara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 209 min 740 manat subsidiya ödənilib. Hazırda qalan 8 min arı ailəsinin də identifikasiya kodu ilə təmin edilərək subsidiyanın verilməsi üçün zəruri işlər aparılır.

Azərbaycan Arıçılar Assosiasiyası Zaqatala rayon şöbəsinin rəhbəri, peşəkar arıçı Mövlüddin Qurbanəliyev deyib ki, dövlət başçısının bilavasitə təşəbbüsü ilə atılan bu addım arıçılığın inkişafına böyük dəstəkdir: “Uzun illərdir ki, ailəmlə birlikdə arıçılıq sahəsində çalışıram. Təsərrüfatımdakı 420 arı ailəsinə görə mənə 4200 manat subsidiya ödənilib. Bu vəsait təsərrüfatımda olan arı ailələrinin mövsümlə əlaqədar digər ərazilərə köçürülməsi, arıların müalicəsi məqsədilə zəruri dərman preparatlarının alınması, həmçinin arı pətəklərinin hazırlanması, yeni arı ailələrinin yetişdirilməsi üçün tam yetərlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.