REGİONLAR


Zaqatalalı fermerlər indiyədək sahələrdən 17 min tondan çox dən qarğıdalı tədarük ediblər

Zaqatala, 5 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalalı fermerlər bu il 3 min 536 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 3 min 30 hektar sahənin məhsulu yığılıb, 17 min 28 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,2 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, erməni təxribatları nəticəsində sentyabrın 27-dən etibarən Qarabağ bölgəsində yenidən müharibənin alovlanması, bu təxribatların qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Ordusunun zəfər yürüşü, torpaqlarımızın, yaşayış məntəqələrinin bir qisminin düşmən işğalından azad edilməsi bütün vətəndaşlarımızı, o cümlədən aqrar sahədə çalışanları daha da ruhlandırıb. Torpaq mülkiyyətçiləri ölkəni bol kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin etmək üçün əzmlə çalışır, arxa cəbhədə fədakarlıq nümayiş etdirirlər. Zaqatalalı fermerlər də yetişdirdikləri müxtəlif növ kənd təsərrüfatı məhsullarının sahələrdən tam şəkildə tədarük edilməsi, eyni zamanda, gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpininin optimal müddətdə həyata keçirilməsi üçün bütün qüvvələri səfərbər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.