REGİONLAR


Zaqatalalı fermerlər qəbul məntəqəsinə 4345 ton yaşıl tütün təhvil veriblər

Zaqatala, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Cari mövsümdə Zaqatala rayonunun təsərrüfatlarında 542,4 hektar sahədə “Virciniya” növlü ətirli, 207,9 hektar sahədə isə yerli tütün sortları yetişdirilib. Havaların əlverişli keçməsi nəticəsində bu il tütün sahələrində məhsul boldur. Hazırda təsərrüfatlarda tütün yığımı sürətlə davam etdirilir. Zaqatalalı fermerlər mövsümün əvvəlindən indiyədək rayonun Aşağı Tala kəndinin ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 4 min 345 ton “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 443 ton quru tütün istehsal olunub.

Emal məntəqəsinin müdiri Mohuma Hüşənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hər gün məntəqəyə 50-55 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Yaşıl tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün 17, üçüncü növ üçün isə 10 qəpikdir.

Yengiyan kəndindən olan fermer Telman Həsrətov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox - 580 ton yaşıl tütün təhvil verib. Aşağı Tala kəndindən olan fermer Akif Kələşov bu günədək emal məntəqəsinə 220 ton, Mirvari Qardaşova isə 150 ton yaşıl tütün gətirib.

Hazırda emal məntəqəsində 140 nəfərədək işçi çalışır. Onların orta aylıq əməkhaqqı 300 manat təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.