REGİONLAR
Zaqatalalı gənclər üçün “Gənclərin hüquqlara çıxışı” təlimi təşkil edilib
Zaqatala, 26 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamenti arasında xüsusi ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi tərəfindən rayon gəncləri üçün “Gənclərin hüquqlara çıxışı” adlı təlim-seminar təşkil edilib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilovun iştirakı ilə keçirilən görüşdə gənclərin iştirakçılığını artırmaq, qərarlara təsir və hüquqlara çıxış imkanlarına təşviq etmək istiqamətində müzakirələr aparılıb.
Bundan əlavə, görüşdə insan hüquqları və təhsili vasitəsi ilə sosial hüquqların gənclərə öyrədilməsi məqsədilə “Ləyaqət ölkəsi” adlı oyun da təşkil edilib.