REGİONLAR


Zaqatalalı gənclərin velosiped idmanına marağı artır

Zaqatala, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə yeni layihə təqdim edib. Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan “Gənc velosipedçilər” İctimai Birliyi “Qalib Xalqın Sağlam Gəncləri” layihəsi çərçivəsində Zaqatala rayonunda velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər keçirib.

Nümayəndəliyin rəhbəri Qumral İsmayılova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaqdır.

Təlimlərdə fəal iştirak edən gənclərə diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.