REGİONLAR


Zaqatalalılar Ulu Öndərin xatirəsini daim uca tuturlar

Zaqatala, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir. Varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən bu böyük insan bütün şüurlu həyatını öz xalqına həsr edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Zaqatala rayonunda da silsilə tədbirlərlə geniş qeyd olunub.

Mayın 10-da rayon rəhbərliyi Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Ümummilli Liderin doğum günü münasibətilə Zaqatala Rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarix yazan şəxsiyyət” adlı videokonfrans keçirilib. Tədbirdə YAP Zaqatala rayon təşkilatının, rayon gənclər və idman idarəsinin, digər dövlət qurumlarının nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

Videokonfransda rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova çıxış edərək, Ulu Öndərin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır.

Tədbirdə çıxış edən rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov Ulu Öndərin məqsədyönlü siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulduğunu, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu diqqətə çatdırıb.

Videokonfransda çıxış edənlər müasir Azərbaycanın yaradıcısı Heydər Əliyevin xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq, yaddaşlara əbədi həkk olunduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.