REGİONLAR


Zaqatalalılar Ulu Öndərin xatirəsini daim uca tuturlar

Zaqatala, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi şəxsiyyətin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 10-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir Azərbaycanın banisi” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə dahi rəhbərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Elmi-praktik konfransda rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, YAP rayon təşkilatının sədri Habil Qurbanov, rayon prokuroru Rasim Musayev, Zaqatala Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məcid Əliyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, dahi rəhbərin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışıblar. Çıxışlarda vurğulanıb ki, xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Ulu Öndərə tariximizin yaddaşına əbədi həkk olunmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırıb. Ümummilli lider Heydər Əliyevin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir. Varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən bu böyük insan bütün şüurlu həyatını öz xalqına həsr edib, yolumuz önündə işıq saçan məşələ çevrilib.

Tədbir konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.