REGİONLAR
Zaqatalanın 5 kəndində modul tipli sutəmizləyici qurğu quraşdırılıb
Zaqatala, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə Zaqatala rayonunun 5 yaşayış məntəqəsində - Uzunqazmalar, Uzuntala, Yuxarı Çardaxlar, Ələsgər və Paşan kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri artıq yekunlaşıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, qurğuların quraşdırılmasına ötən ilin sonlarında başlanılıb. Tikinti-quraşdırma işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına həyata keçirilib.
Layihə çərçivəsində bu kəndlərdə, ümumilikdə, 87 bulaq inşa edilib, müxtəlif diametrli borularla 18,2 kilometr uzunluğunda su xətləri çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]