REGİONLAR


Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır

Zaqatala, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun çay plantasiyalarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari mövsümdə rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus plantasiyalardan 25 ton yaşıl çay yarpağının yığılması gözlənilir.

Cəmiyyətin sədri Abdulməcid Şabanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonda 60 hektar çay plantasiyası var. Bu il plantasiyaların yalnız 20 hektarından məhsul yığılır. Plantasiyalara qulluq və çay yığımı ilə əlaqədar 40 fermerlə müqavilə bağlanılıb.

Cari ildə müəssisədə quru çay istehsalının 5 tona çatdırılması nəzərdə tutulur. İstehsal olunan məhsul satış üçün əsasən, daxili bazara çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.