REGİONLAR


Zaqatalanın gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərində fəallıq göstərirlər

Zaqatala, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə rayon sakinləri arasında maarifləndirmə tədbirlərini davam etdirirlər.

Mərkəzin direktoru Şəlalə Şabanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iyulun 27-də keçirilən növbəti aksiya zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi bir daha ətraflı izah olunub. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində ciddi intizam tədbirləri həyata keçirilir.

Direktor qeyd edib ki, belə tədbirlər davamlı xarakter daşıyır. Əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.