REGİONLAR
Zaqatalanın taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılır
Zaqatala, 26 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 11 min 396 hektar sahədə payızlıq dən bitkilərinin səpini həyata keçirilib. Səpin zamanı aqrotexniki qaydalara ciddi əməl olunub, nəticədə sahələrdə yaxşı bitiş alınıb. Hazırda taxıl sahələrində fitosanitar müşahidə və tədbirlər davam etdirilir.
Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 1040 hektar sahədə taxılın təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və həmin sahələrdə iqtisadi zərərvurma həddində sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ocaqlarda büdcə vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Qurumdan bildirilib ki, yaxın vaxtlarda taxıl sahələrində alaq otlarına qarşı da mübarizə tədbirləri aparılacaq. Yaz aylarında isə sahələrə yemləmə gübrəsinin verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]