REGİONLAR


Zaqatalanın taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılır

Zaqatala, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 7 min 771,8 hektar sahədə payızlıq dən bitkilərinin səpini həyata keçirilib. Taxıl əkinlərinin 4 min 151,1 hektarını buğda, 3 min 620,7 hektarını arpa sahələri təşkil edir. Səpin zamanı aqrotexniki qaydalara ciddi əməl olunub, nəticədə sahələrdə yaxşı bitiş alınıb. Hazırda taxıl sahələrində fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, indiyədək Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Zaqatala rayon Mərkəzinin mütəxəssisləri tərəfindən 1700 hektaradək sahədə taxılın təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb. Hazırda sirayətlənmə aşkar edilən sahələrdə kimyəvi mübarizə tədbirləri davam etdirilir. Eyni zamanda, indiyədək 3 min 380 hektar sahədə suvarma işləri aparılıb.

Yaxın vaxtlarda taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri də aparılacaq. Yaz aylarında isə sahələrə yemləmə gübrəsinin verilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.