REGİONLAR


Zaqatalanın təsərrüfatlarında payızlıqların əkini üçün indiyədək 5,3 min hektarda şum qaldırılıb

Zaqatala, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkininə başlanılıb. Cari mövsümdə rayonda 11 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, kampaniyanın ilk günlərində rayonun Əliabad qəsəbəsi, Muğanlı və Bəhmətli kəndlərinin ərazilərində 50 hektaradək sahəyə arpa toxumu səpilib. Payızlıqların əkini üçün indiyədək təsərrüfatlarda 5,3 min hektar sahədə şum qaldırılıb. Sahələrin şumlanmasına 130-dək şum traktoru cəlb edilib. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.