İDMAN


Zaqrebdə cüdo üzrə Qran-Prinin ilk günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulur

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürən cüdo üzrə Qran-Prinin ilk günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulur.

AZƏRTAC xəbər verir ki, mübarizəyə otuzikidəbir finaldan qoşulan Kəramət Hüseynov və Vüqar Şirinli 60, Nicat Şıxəlizadə və Orxan Səfərov isə 66 kiloqram çəki dərəcələrində tatami üzərinə çıxacaqlar.

K.Hüseynov macarıstanlı Çabo Saboya qalib gələcəyi təqdirdə növbəti mərhələdə monqolustanlı Qanbat Boldbaatar ilə üz-üzə gələcək.

V.Şirinli Səudiyyə Ərəbistanından olan Mutaz Xavcahı üstələyərsə hollandiyalı Tornike Tsjakadoeaya rəqib olacaq.

O.Səfərovun ilk rəqibi belçikalı Kennet Van Qansbekdir. O, bu görüşü qələbə ilə başa vura bilsə, ukraynalı Georgi Zantaraya ilə üz-üzə gələcək.

N.Şıxəlizadə isə italiyalı Elios Mantsini mübarizədən kənarlaşdıra bilsə, moldovalı Denis Vieru ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvlərindən Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq) iyulun 28-də tatami üzərinə çıxacaq. İyulun 29-da isə idmançılarımızdan Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) mübarizəyə başlayacaqlar.

Yarışda 81 ölkədən 367 kişi və 206 qadın olmaqla ümumilikdə 573 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.