İDMAN


Zaqrebdə keçirilən Qran-Pri turnirində komandamız ikinci qızıl medalını qazanıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirində komandamız daha bir qızıl medal əldə edib.

AZƏRTAC xəbər verir ki, səkkizdəbir finaldan mübarizəyə başlayan cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) əvvəlcə Sebastian Oldak (Polşa), sonra Vaçid Borçaşvili (Avstriya) və Xusen Xalmurzayevi (Rusiya) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə Luka Maisuradze (Gürcüstan) üzərində qələbə qazanan M.Mehdiyev Qran-Prinin qalibi olub.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

Otuz beş ölkədən 240-dən çox idmançının qüvvəsini sınadığı turnirdə Azərbaycanı iki cüdoçu təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.