CƏMİYYƏT
Zaur Əliyev: Azərbaycan vaksinasiya sayəsində COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacaq VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Bu gün əlamətdar gündür. Çünki Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələrdən biridir. Çalışdıq ki, mövcud vaksinlərin ən təhlükəsizini seçək və əhaliyə tətbiq edək. Düşünürəm ki, qısa zamanda bunun təsirini də görəcəyik və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, vaksin strategiyasına görə ilk olaraq tibb işçiləri vaksinasiyadan keçməlidirlər: "Bu gündən prosesə başlanılıb. Ümid edirəm ki, proses xalqımız və vətənimiz üçün uğurlu olacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]