Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Zaur Axundov: Azərbaycanda futzala maraq çox böyükdür

Zaur Axundov: Azərbaycanda futzala maraq çox böyükdür

Bakı, 27 dekabr, AZƏRTAC

Cari ildə Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da mühüm uğurlar əldə olunub. İdmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edib və üçrəngli bayrağımızı dalğalandırıblar.

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov qurumun cari ildəki fəaliyyəti və gələcək perspektivlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Cari ili ölkə futzalı üçün uğurlu hesab etmək olarmı?

Ölkəmizdə futzal dinamik inkişaf edir. Cari ildə milli komandamız legioner futzalçılarla yollarını ayırıb. “Araz” klubu da heyətində yerli futzalçılara üstünlük verib. Daxili çempionat daha maraqlı gedir. Artıq çempionatın yarısına yekun vurulub. EKOL komandası “qış çempionu” olub. Çempionatda güclü rəqabət var. EKOL, “Araz”, “Neftçi” və digər klubların çempion olmaq şansı var. Müşahidələr göstərir ki, ilk yarıda Yüksək və Birinci liqalarda mübarizə yüksək səviyyədə olub. Bütün bunları pozitiv qəbul edirəm.

Komandalara gənc futzalçılar cəlb olunub. Milli komandaların məşqçiləri artıq seleksiya prosesinə start veriblər. On doqquz yaşadək futzalçılardan ibarət yığma yaradılıb. Gələn ilin martında U-19 Avropa çempionatının seçmə mərhələsində iştirakla bağlı böyük seleksiya işləri görülüb, proses davam etdirilir. Heyətə 20-yə yaxın futzalçı cəlb olunub. Bunu müsbət hal kimi qiymətləndirirəm.

Gələn ilin oktyabrında dünya çempionatının əsas mərhələsinin oyunları Bakıda təşkil olunacaq. Federasiyamız turnirin hazırlığına başlayıb. Ötən illərlə müqayisədə cari ildə “Araz” klubu elit mərhələyə vəsiqə qazana bilmədi. Bunu müsbət hal kimi dəyərləndirmək olmaz. Milli komandamız Sloveniyada Avropa çempionatında mərhələ adlasa da, 1/8 final mərhələsində mübarizəni dayandırdı. Gələcək illərdə daha da intensiv çalışıb keçmiş uğurlarımızı təkrarlamalıyıq.

-Millimizin 2020-ci ildə Litvada təşkil olunacaq dünya çempionatının əsas mərhələsində şanslarını necə dəyərləndirirsiz?

Turnirdə format dəyişdirilib. Əsas məqsəd qrupda birinci və ya ikinci yeri tutmaqdır. Təbii ki, şanslarımız var. Vaxtımız həm çox, həm də azdır. Düşünürəm ki, doğma azarkeşlər önündə keçiriləcək əsas mərhələnin oyunlarında uğurla çıxış edib elit mərhələyə adlayacağıq. Sonra isə iki il öncəki uğuru təkrarlayaraq turnirin dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağıq.

-Komandamız oktyabrın 22-27-də Bakıda keçiriləcək qrup oyunlarına necə hazırlaşacaq? Neçə yoldaşlıq oyunun keçirilməsi planlaşdırılır?

Təlim-məşq toplanışları ilə bağlı danışıqlar gedir. FIFA-nın qrafikinə uyğun olaraq, aprel və avqustda beynəlxalq yoldaşlıq oyunları keçirilir. Federasiyamız da bu istiqamətdə gərgin işlər aparır. Yaxın günlərdə rəqiblərin kimliyi və oyunların vaxtı dəqiqləşəcək və bu haqda saytımız vasitəsilə mətbuata ətraflı məlumat veriləcək. FIFA-nın təqdim etdiyi həmin “pəncərədən” daha səmərəli istifadə etməyə çalışacağıq. Millimizin, həmçinin Rusiyada beynəlxalq turnirdə qüvvəsini sınaması gözlənilir.

-Yığmanın heyətini gücləndirmək üçün hansı addımların atılması nəzərdə tutulub?

Artıq 4-5 yeni gənc futzalçı komandaya dəvət olunub. Onlar ilk təlim-məşq toplanışında da iştirak edəcəklər. U-19 millimizin baş məşqçisi ilə görüşmüşəm və perspektivli futzalçıların əsas yığmaya cəlb olunmasına qərar vermişik. Bu, futzalçıların təcrübəsinin artırılmasına və oyun praktikasının güclənməsinə yönəlib. Həmin futzalçılar əsas milli ilə birlikdə təlim-məşq toplanışına qatılacaq və oyunlarda iştirak edəcəklər.

-Gələn il 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası ilk dəfə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsində iştirak edəcək. Bu komandanın yaradılması həm də yeni futzalçı nəslinin yetişməsinə təkan verəcəkmi?

Təbii ki, birbaşa. Biz ümidlərimizi də U-19-a bağlayırıq. Artıq cavan futzalçılar yetişir. Komanda ilə bağlı ümidlərimiz çoxdur. Hamısı olmasa da, 4-5 futzalçı hazırlayıb onu əsas komandanın oyunçusuna çevirə bilərik. Bu bizim üçün müsbət hal olar. Yeri gəlmişkən, bu komanda futzal üzrə ölkə çempionatının Birinci Liqasında çıxış edir. İstəyirik gənc futzalçılar daim oyunlarda iştirak etsinlər və təcrübə toplasınlar. Ötən ay isə onlar Tbilisidə Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu keçirdi.

-Ölkə çempionatının Yüksək Liqasında ikinci dövrə başa çatıb. Bu dəfə alışdığımız mənzərəni görə bilmədik, EKOL “qış çempionu” oldu. Deyəsən, mübarizə qızışır...

Xüsusi vurğulamaq istərdim ki, mövsümün ikinci hissəsi Azərbaycan çempionatının son illər ən qızğın və ən maraqlı yarışı olacaqdır. Komandalar arasında xalq fərqi də azdır. Hər oyun komandaları çempionluğa daha da yaxınlaşdırır. İkinci yarıda bizi daha gözəl və baxımlı oyunlar gözləyir.

-Bu mövsümdə iki bölgə komandası – “Liman” və “Xəzər Cənub” çempionatda iştirak edir. Bölgələrdə futzalı inkişaf etdirmək üçün AFFA rəhbərliyi ilə birgə plan hazırlamağı düşünürsünüzmü?

Neçə illərdir bu istiqamətdə işlər gedir. Düzdür, bölgələrdə müxtəlif futzal yarışları təşkil olunur. Bölgə komandalarının ölkə çempionatında iştirakı bizim üçün çox önəmlidir. Bu yöndə AFFA ilə birgə sıx əməkdaşlıq edir və işlərimizi davam etdiririk.

-Birinci və İkinci liqalarla bağlı vəziyyət necədir?

Həmin yarışlar təqvimə uyğun olaraq davam edir. Bu yarışların azarkeşləri Yüksək Liqa ilə müqayisədə daha çoxdur. Oyunlar çox maraqlı keçir. Federasiya nümayəndələri də mütəmadi olaraq bu yarışlara baş çəkir və oyunları izləyir. Ölkəmizdə futzala maraq çox böyükdür. Bu da ölkəmizdə aparılan uğurlu idman siyasətinin nəticəsidir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmançıların yanında olub, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır.

-Yayda federasiyanın strukturunda dəyişikliklər edildi, eyni zamanda, rəsmi sayt yaradıldı və KİV federasiya ilə bağlı baş verən yeniliklərlə mütəmadi məlumatlandırılır. Azərbaycan Futzal Federasiyasının gələcək planları və perspektivləri barədə nə deyə bilərsiz?

Əsas məqsədimiz bölgələrdə yeni futzal klublarını yaratmaqdır. Çempionat oyunlarının təkcə Bakıda deyil, bölgələrdə də təşkil olunmasını istəyirik. Bu istiqamətdə işlər aparılır. Federasiya əsas diqqəti yeniyetmə futzalçıların yetişdirilməsinə yönəldib. Hazırda UEFA tərəfindən də futzala böyük diqqət göstərilir. Həmçinin futzalda təkmilləşdirilmə işləri aparılır. U-21 komandasının yaradılmasını planlaşdırırıq. Azərbaycanda futzalın inkişafı istiqamətində cəhdlərimizi əsirgəmirik. Çox istərdim ki, qısa müddətdə ölkə futzalı beynəlxalq arenada əvvəlki uğurlarını təkrarlayıb azarkeşləri sevindirsin.

Futzal ictimaiyyəti adından xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO